Kaliforniya qubernatoru Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Posted by

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, qubernatordan Baş konsulluğa daxil olmuş təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir.

Qubernator qeyd edir ki, 28 May – Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. Sonda qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirib və Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edib.

Qeyd edək ki, Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-1983-cü illərdə də eyni vəzifədə çalışmışdı.

Trend.az