İranın nüfuzlu qəzetləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərini geniş işıqlandırıb

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri yerli elektron kütləvi informasiya vasitələri ilə yanaşı, yazılı mətbuatın da diqqət mərkəzində olub.

Nüfuzlu ingilisdilli “Tehran Times”, “İran Daily” qəzetləri Azərbaycan Prezidentinin İran rəhbərliyi ilə görüşlərini ətraflı işıqlandırıb.

“Keyhan”, “Ettelaat”, Donyaye eqtesad”, “Arman”, “Jomhorieslam”, “Sharg” qəzetləri də səfər zamanı müzakirə olunan məsələlər haqqında geniş məqalələr dərc edib. Yazılarda İran, Azərbaycan və Rusiyanın yaxın əməkdaşlığının ölkələrimiz və xalqlarımız üçün səmərəli olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, hər üç ölkənin prezidentləri terrorçuluğa qarşı mübarizədə birgə addımlar atırlar. Dövlət başçıları milli maraqlar naminə əməkdaşlıq əlaqələrini daha da genişləndirərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini formalaşdırıb onun imkanlarından faydalanmağa çalışırlar.

Rabil Kətanov

AZƏRTAC