Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Posted by

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdə bu ilə dair əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

 

İsveçrə xarici siyasət idarəsindən APA-ya verilən məlumata görə, vasitəçilər və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu ay Berndə İsveçrə federal Xarici İşlər Departamentinin rəhbəri D. Burkhalter və departamentin dövlət katibi İv Rosye ilə görüş keçirəcəklər. Onlar ölkənin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.