Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərində olub

Posted by

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərində olubHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşmüş, onların yaşayış şəraiti ilə maraqlanmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəldi. Fondun vitse-prezidenti kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü, onların əl işlərindən ibarət sərgiyə baxdı.
Leyla Əliyevaya məlumat verildi ki, burada 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə 1 nömrəli uşaq evinin balaca sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə gəldi.
Leyla Əliyevaya məlumat verildi ki, burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak etmişlər.
Leyla Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evində də oldu.
Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, yaşayış şəraiti ilə maraqlandı.
Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa etdi.
Sonra uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.