Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilən Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılışı olub

Posted by

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilən Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılışı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilən Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılışı olubHeydər Əliyev Fondunun dəstəyi ilə təmir edilən Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılışı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin həyata keçirildiyi Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın oktyabrın 25-də açılış mərasimi olub.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Roma şəhərinin meri İgnazio Marino ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və Roma ilə Bakı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, ölkələrin mədəni və iqtisadi münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin bir hissəsinin təmiri Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Sonra Kapitolini Muzeyinin “Filosoflar zalı”na baxış olub.

Sonda Vaqif Sadıqov və İgnazio Marino birgə mətbuat konfransı keçiriblər.

Vaqif Sadıqov təkcə İtaliyanın deyil, bütün dünya mədəniyyətinin gözəl nümunələrindən olan Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirdən sonra açılışında iştirak etməkdən məmnunluğunu bildirib.

Səfir qeyd edib ki, Azərbaycanla İtaliya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir. İstər siyasi, istərsə də iqtisadi, mədəni və digər sahələrdə münasibətlər daha da inkişaf edib. İtaliya artıq bir neçə ildir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Qarşılıqlı əməkdaşlıq prinsipinə söykənən əlaqələr çərçivəsində paytaxtlar arasında mövcud münasibətlərə də toxunan V. Sadıqov Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən işlərin bu baxımdan xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

İ. Marino ilə görüşdə Azərbaycan-İtaliya əlaqələrinin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğunu deyən səfir gələcək illərdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Kapitolini Muzeyində görülən bərpa işlərini yüksək qiymətləndirən Roma meri Azərbaycana minnətdarlığını bildirib. İ. Marino qeyd edib ki, bu təşəbbüs iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Mer diqqətə çatdırıb ki, Azərbaycan İtaliyanın mühüm tərəfdaşıdır, ölkələr arasında yaxın münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək.