GUAM-ın qərargahında terrorizmə qarşı mübarizə üzrə işçi yarımqrupun iclası olub

Posted by

Ukrayna paytaxtında GUAM-ın katibliyində Azərbaycan tərəfin sədrliyi ilə terrorizmə qarşı mübarizə üzrə işçi yarımqrupun 13-cü iclası keçirilib.

Təşkilatın Kiyevdəki qərargahından AzərTAc-a verilən məlumata görə, iclasda GUAM iştirakçıları olan bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib.

Tərəflər GUAM üzvü olan dövlətlərdə milli qanunvericiliyin aktual məsələləri, əməliyyat şəraiti, habelə terrorizmin qarşısının alınması və ona qarşı mübarizə sahəsində həmin dövlətlərin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

İclasda qərara alınıb ki, işçi yarımqrupun fəaliyyətinin əlaqələndirilməsi funksiyası 2015-ci ildə də Azərbaycan tərəfinə həvalə edilsin.

Növbəti profil iclasın 2015-ci ilin may ayında Bakıda keçirilməsi planlaşdırılır.

AzərTac.az