GUAM-ın Kiyevdəki iqamətgahında Fövqəladə vəziyyətlər üzrə işçi qrupunun 10-cu iclası olmuşdur

Posted by

Bu gün Ukraynanın paytaxtında GUAM-ın iqamətgahında Fövqəladə vəziyyətlər üzrə işçi qrupunun (FVİQ) 10-cu iclası olmuşdur. İclasda təşkilatın üzvü olan dövlətlərin fövqəladə vəziyyətlər üzrə milli orqanlarının və təşkilatın Katibliyinin nümayəndələri iştirak etmişlər.

Nümayəndə heyətləri fövqəladə vəziyyətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, başqa ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində GUAM-a üzv dövlətlərin tədbirləri barədə informasiya mübadiləsi keçirmişlər.

Tərəflər həmçinin aparılan təlimlər, habelə fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə milli strukturların imkanları barədə fikir mübadiləsi etmişlər.

FVİQ 2013-cü il üçün iş planının yerinə yetirilməsi haqqında hesabatı və 2014-cü il üçün iş planını müzakirə və təsdiq etmişdir.

Tərəflər cari ilin noyabrında Kiyevdə GUAM-ın Katibliyində növbəti profil iclasının keçirilməsi və onun tarixinin diplomatik kanallar vasitəsilə dəqiqləşdirilməsi barədə razılığa gəlmişlər.

AzərTac.az