Gürcüstanda ATƏT-in dəstəyi ilə milli azlıqların ölkənin siyasi həyatında iştirakına həsr olunmuş görüş keçirilib

Posted by

Gürcüstanda ATƏT-in dəstəyi ilə milli azlıqların ölkənin siyasi həyatında iştirakına həsr olunmuş görüş keçirilibGürcüstanda ATƏT-in dəstəyi ilə milli azlıqların ölkənin siyasi həyatında iştirakına həsr olunmuş görüş keçirilib

Gürcüstanda ATƏT-in dəstəyi ilə milli azlıqların ölkənin siyasi həyatında iştirakına həsr olunmuş görüş keçirilib

Çoxpartiyalı demokratiya uğrunda Niderland İnstitutu (ÇDNİ) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının Gürcüstandakı ofisinin dəstəyi ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində “Gürcüstanın siyasi həyatında milli azlıqların iştirakının gücləndirilməsi” adlı layihə çərçivəsində görüş keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanda fəaliyyət göstərən 8 partiyanın təmsilçiləri, Gürcüstan parlamentinin deputatı, QHT nümayəndələri, jurnalistlər və yerli bələdiyyə üzvləri iştirak ediblər.

 

Tədbirdə qeyd edilib ki, görüşün əsas məqsədi “Gürcüstanın siyasi həyatında milli azlıqların iştirakının gücləndirilməsi” adlı layihə çərçivəsində ölkədə baş verən dəyişikliklər barədə yerli əhaliyə məlumat vermək, ölkənin siyasi həyatında milli azlıqların atdığı addımları müzakirə edərək mövcud problemləri təhlil etməkdir. Görüşdə ÇDNİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Suskiridze, ATƏT-in Gürcüstan ofisinin nümayəndəsi Nino Qoqoladze, ÇDNİ-nin Kvemo Kartli bölgəsi üzrə layihə koordinatori Kamran Məmmədov və başqaları çıxış ediblər.

 

N. Qoqoladze ATƏT-in Gürcüstandakı fəaliyyəti və missiyası haqqında məlumat verərək bildirib ki, missiyanın məqsədi milli zəmində problemlərin baş qaldırmamasına xidmət etməkdir.

 

L. Suskiridze isə son illərdə milli azlıqların nümayəndələrinin Gürcüstan hakimiyyətində təmsil olunmaları haqqında düşündüklərini deyib: “Belə görüşlərin tez-tez keçirilməsini istəyirik. Düşünürəm ki, əlaqələrimizin və əməkdaşlığımızın inkişaf etdirilməsi, Gürcüstan hakimiyyətində milli azlıqların təmsil olunması Gürcüstanı demokratik və inkişaf edən bir ölkəyə gətirib çıxaracaq”.

 

Tədbir diskussiya şəraitində davam edib. Görüş iştirakçıları müxtəlif təkliflə çıxış ediblər.

 

Apa.az