Gürcüstan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub

Posted by

Gürcüstan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub

Gürcüstan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub

Gürcüstan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub

Mayın 5-də Gürcüstan prezidenti və Türkiyə prezidentinin qeyri-rəsmi görüşü olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki prezident Gürcüstan paytaxtını piyada gəzib, və Rustaveli prospektinə gəliblər. Abdulla Gül Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə şəxsən onun səfərini təşkil etdiyinə görə təşəkkürünü bildirib.

 

Məlumata görə, mayın 6-da Gürcüstan-Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı ilə baş tutacaq üçtərəfli “2014 Tiflis Sammiti” keçiriləcək. Sammitin gedişi zamanı iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək.

 

Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

 

 

Apa.az