İşgəncələrin Qarşısının Alınması üzrə BMT Alt Komitəsinin üzvlərinin Azərbaycana səfəri başa çatıb

Posted by

İşgəncələrin Qarşısının Alınması üzrə BMT Alt Komitəsinin üzvlərinin Azərbaycana səfəri başa çatıbİşgəncələrin Qarşısının Alınması üzrə BMT Alt Komitəsinin üzvlərinin Azərbaycana səfəri başa çatıb

İşgəncələrin Qarşısının Alınması üzrə BMT Alt Komitəsinin üzvlərinin Azərbaycana səfəri başa çatıb

İşgəncələrin Qarşısının Alınması üzrə BMT-nin Alt Komitəsinin (SPT) Azərbaycana səfər edən nümayəndə heyəti ölkədə azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişin təmin olunmasını müsbət dəyərləndirib və eyni zamanda hökuməti azadlıqdan məhrum edilən bütün şəxslərin hüquqlarının müdafiəsi istiqamətində daha çox səylərin tətbiq edilməsinə çağırıb.

 

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər aprelin 16-24-də baş tutub. SPT nümayəndə heyətinin üzvləri Aişa Şujun Muhamməd (heyət rəhbəri), Miloş Yankoviç, Margret Osterfeld və Viktor Zaharia (cəzalandırmalar üzrə əlaqələndirici şəxslər) olub.

 

Aişa Şujun Muhamməd deyib ki, Azərbaycan hökuməti azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişi təmin edib.

 

BMT ekspertlər qrupu Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin müxtəlif bölgələrində azadlıqdan məhrumetmə yerlərinə səfərlər edib. Bu siyahıya polis məntəqələri, istintaq təcridxanaları və müvəqqəti saxlama yerləri, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası, həbsxanalar, psixiatriya xəstəxanaları və sosial qayğı mərkəzləri daxildir.

 

Nümayəndə heyətinin üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşları, tibbi heyət və azadlıqdan məhrum edilən şəxslərlə fərdi və məxfi müsahibələr keçiriblər. SPT heyəti həmçinin Azərbaycan Respublikasının müvafiq rəsmi qurumları, Milli Preventiv Mexanizm (MPM) kimi tanınan müstəqil monitorinq qrupunun üzvləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşüb.

 

Səfərdən sonra SPT müşahidə və tövsiyələrdən ibarət hesabatını konfidensial olaraq Azərbaycan hökumətinə təqdim edəcək.

 

 

Apa.az