Gəncədəki 4 nömrəli tam orta məktəbin yeni korpusu açılıb

Posted by

Gəncədəki 4 nömrəli tam orta məktəbin yeni korpusu açılıb Gəncədəki 4 nömrəli tam orta məktəbin yeni korpusu açılıb

Gəncədəki 4 nömrəli tam orta məktəbin yeni korpusu açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər.

Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində son illərdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.

Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Bölgələrdə yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Gəncə şəhərindəki 4 nömrəli tam orta məktəbdir. Təhsil ocağının yeni korpusunda təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına və xanımına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı təmir edilib. Bu təhsil ocağının 960 şagird yerlik yeni korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cari ildə inşa edilib. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya–kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir. İdman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bildirildi ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.

 

AzərTac.az