“Gənc kinematoqraf – kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb

Posted by

“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb

 

“Gənc kinematoqraf – kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb

“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb

 

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində həyata keçirilən “Gənc kinematoqraf – kinoda kadr hazırlığına dəstək” layihəsi başa çatıb.

 

Mərkəzin rəhbəri Fehruz Şamıyevin APA-ya verdiyi məlumata görə, layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə iki aylıq ödənişsiz kurslar təşkil olunub: “Kinematoqrafiyamızın inkişafı naminə bu zamana kimi Gənclər Fondu tərəfindən belə bir layihə həyata keçirilməmişdi. Layihənin məqsədi kino və televiziya sahəsində Azərbaycanda ən acınacaqlı istiqamət hesab olunan kino və televiziya prodüserlərinin yetişdirilməsi idi. Kurslarda iştirak edən 20 gənc beynəlxalq proqram əsasında təhsil alıb. Bu dərslərdə ideya, ssenari sifarişi, film üçün maliyyə axtarışı, rejissor seçimində əsas müddəalar, aktyor seçimi zamanı nələrə diqqət yetirilməli olduğu, kino bazarının öyrənilməsi, filmin reklamı və s. məsələlər ətraflı izah olunub”.

 

F.Şamıyev əlavə edib ki, dərslərdə tanınmış ssenarist-yazıçı İlqar Fəhmi, Kukla Teatrının baş rejissoru Qurban Məsimov, tarixi-sənədli filmlərin müəllifi Füzuli Sabiroğlu, “Azərbaycantelefilm”in rejissoru Elşən Zeynallı dəyərli məsləhətlərini gənclərlə bölüşüblər.

 

Apa.az