Fövqəladə hallar naziri Lerikdə vətəndaşları qəbul etmişdir

Posted by

Fövqəladə hallar naziri Lerikdə vətəndaşları qəbul etmişdir

Fövqəladə hallar naziri Lerikdə vətəndaşları qəbul etmişdir

Fövqəladə hallar naziri Lerikdə vətəndaşları qəbul etmişdir

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 30-da Lerik rayon mədəniyyət evində bölgə vətəndaşlarını qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak etmişlər. Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olmuşdur.

Hər bir müraciətə diqqətlə yanaşan nazir Kəmaləddin Heydərov vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

Gün ərzində nazir, nazir müavinləri və struktur rəhbərləri tərəfindən 357 vətəndaşın müraciəti dinlənilmiş, onların bir qismi yerindəcə öz həllini tapmışdır.

Nazir Kəmaləddin Heydərov vətəndaşların bütün müraciətlərinin obyektiv araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və dərhal həll olunması barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.

 

AzərTac.az