Çexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Posted by

Çexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırÇexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Çexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanın Çexiyadakı yeni səfiri etimadnaməsini Çexiya Respublikasının Prezidentinə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyevin etimadnaməsini Çexiya Respublikasının Prezidenti Miloş Zemana təqdim etməsi mərasimi baş tutub.

Mərasim əsnasında səfir Fərid Şəfiyevin Prezident Miloş Zeman ilə görüşü olub.

Görüşdə Prezident Miloş Zeman Çexiya və Azərbaycan arasında mövcud əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Trend.az