“Excelsior Hotel Baku” marketinq və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək

Posted by

"Excelsior Hotel Baku" marketinq və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək

 

“Excelsior Hotel Baku” marketinq və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək

"Excelsior Hotel Baku" marketinq və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək

 

Korporativ Sosial Məsuliyyət çərçivəsində “Excelsior Hotel Baku” ali məktəblərin yuxarı kurs tələbələrinə marketinq, satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirməyi planlaşdırır.

“AtaHoldinq”dən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsi 26 aprel 2014-cü il tarixində “Excelsior Hotel Baku” hotelinin biznes-mərkəzində nəzərdə tutulur. Təlimdə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına məktub yazaraq müraciət edə bilərlər. Məktubda şəxsi məlumat və təhsil müəssisəsinin adı qeyd olunmaqla tələbə biletinin/qiymət kitabçasının skan olunmuş versiyası əlavə edilməlidir.

Təlim “Excelsior Hotel Baku” hotelinin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık və “AtaHoldinq” şirkətinin Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçiriləcək. Təlim əsasında D.Bayık iştirakçıları marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplərlə tanış edəcək. D.Zamanova, öz növbəsində, şirkətin müsbət nüfuzunun effektiv ictimaiyyətlə əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan bəhs edəcək.

“Excelsior Hotel Baku” hotelində bir “İmperial” lyuks, 2 “Royal” lyuks, 45 “Heritage” – standart, 9 “Duke” – kiçik nömrə, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və digər obyektlər fəaliyyət göstərir.

 

Trend.az