Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində növbəti təlimlərə başlayıb

Posted by

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonuda növbəti irimiqyaslı təlimlərə başlayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bağmanlar adlı ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Ağır artilleriyadan aşılan atəş səsləri Ağdamın işğal altında kəndlərində və ətraf Ağcabədi, Bərə rayonlarında aydın eşidilir.

Apa.az