Ermənistan nümayəndə heyətinin ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında iştirakı dəqiqləşib

Posted by

Ermənistan parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti iyunun 27-də Bakıya gələcək.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, erməni deputatlar ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak edəcəklər.

Nümayəndə heyəti Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan, deputatlar Stepan Dəmirçyan, Stepan Marqaryan və Levon Doxolyandan ibarətdir.

Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə assambleyanın yay sessiyasının plenar iclası başlayacaq.

İyunun 30-da isə Ukrayna ilə bağlı debatların keçirilməsi gözlənilir.

Apa.az