Ermənistan Bakıda Avropa Oyunlarına qatılacaq

Posted by

Ermənistan Bakıda Avropa Oyunlarına qatılacaqErmənistan Bakıda Avropa Oyunlarına qatılacaq

Ermənistan Bakıda Avropa Oyunlarına qatılacaq

Ermənistan 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək. Trend-in The Washington Times-a istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki deyib.

 

O, qeyd edib ki, qonşu ölkələr arasında münaqişənin davam etməsinə baxmayaraq, Ermənistan Bakıda ilk Avropa Oyunlarında iştirak edəcək.

 

P.Hikki Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə ötən ay Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşdü.

 

Onun sözlərinə görə, bütün problemlər həll olundu: “Onlar gələn il Avropa Oyunlarında iştirak etməyə razılıq verdilər”.

Trend.az