Ermənilər Laçında süni məskunlaşmanı davam etdirirlər

Posted by

Ermənilər Laçında süni məskunlaşmanı davam etdirirlərErmənilər Laçında süni məskunlaşmanı davam etdirirlər

Ermənilər Laçında süni məskunlaşmanı davam etdirirlər

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində süni məskunlaşma tədbirlərini davam etdirir.

 

APA-nın məlumatına görə, Ermənistan hökumətinin və xaricdəki erməni diasporunun dəstəyi ilə Laçın rayonunun Zabux kəndi ərazisində ermənilər yeni yaşayış məskəni salıblar.

 

Ermənistanla həmsərhəd olan Zabux kəndi ərazisində salınan yeni kənd Aqavno adlanır. Erməni jurnalist Ani Markaryanın «Facebook» səhifəsində paylaşdığı fotoda kənddə ötən ildən başlayan inşaat işlərinin yekunlaşdığı görünür.

 

Yeni evləri ermənilər dağıtdıqları Zabux kəndinin azərbaycanlı sakinlərinə məxsus evlərin yerində inşa ediblər.

 

Qeyd edək ki, son iki ildə Ermənistan hökuməti işğal altındakı Azərbaycan ərazilərində Suriyadan və digər ölkələrdən gələn erməni ailələrinin məskunlaşdırılması istiqamətində işlər aparır. Kəlbəcər, Laçın və Zəngilan rayonunun bəzi kəndlərində Suriyadan qaçqın düşmüş ermənilərin yerləşdirilməsini təsdiqləyən faktlar mövcuddur.

 

APA.az