Ermənilər Ağdamda qəbiristanlığa dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar

Posted by

Ermənilər Ağdamın cəbhə kəndində qəbiristanlığa dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar.

Bu barədə APA-nın Qarabağ bürosuna təmas xəttində yerləşən Mirəşelli kənd sakinləri məlumat veriblər.

Mirəşelli kəndinin də daxil olduğu Əhmədağalı Bələdiyyəsinin sədri Habil Abbasov APA-ya bildirib ki, ötən gün dünyasını dəyişən kənd sakini Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı düşmən hərbçiləri adamlara atəş açıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bir müddət daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hər il Novruz bayramı ərəfəsində yaxınlarının və doğmalarının məzarının bayramqabağı ziyarətə gedən sakinlər düşmən tərəfindən atəşə tutulur.

Onu da əlavə edək ki, rayonun işğal altında olan ərazilərindən 200-250 addım uzaqlıqda olan qəbiristanlığın əvvəlki illərdə atəşə tutulması nəticəsində ziyarətə və dəfnə gələn dinc sakinlər arasında güllə yarası alan və həyatını itirənlər olub.

Apa.az