Elmar Məmmədyarov Polşaya dəvət edildi

Posted by

Elmar Məmmədyarov Polşaya dəvət edildi

Elmar Məmmədyarov Polşaya dəvət edildi

Elmar Məmmədyarov Polşaya dəvət edildi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Osvensim düşərgəsinin azad olunmasının 70 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştiraka dəvət olunub. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.

 

Yubiley tədbirləri yanvarın 25-də Polşada keçiriləcək.

 

Yubiley tədbirinin təşkilatçısı kimi Beynəlxalq Osvensim Komitəsi çıxış edir.

 

Osvensim nasistlərin yaratdığı ən böyük düşərgə olub. O, Krakov şəhəri yaxınlığında yerləşən konsentrasiya düşərgəsi, ölüm düşərgəsi və məcburi əmək düşərgələrindən ibarət kompleks olub. Düşərgə kompleksi isə üç böyük düşərgədən ibarət olub: I Osvensim, II Osvensim (Birkenau) və III Osvensim (Monovits). Osvensimdə bir milyondan artıq insan həlak olub, hər on nəfərdən doqquzu yəhudi olub. Dörd ən böyük qaz kamerasından hər birinə 2 min adam sığışıb.

 

Trend.az