Elmar Məmmədyarov Malayziyaya səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 19-da Malayziyaya səfər edəcək.
Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, nazir İƏT Xarici İşlər Nazirləri Şurasının Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək fövqəladə iclasına qatılacaq. İclas Myanmarda Royhnqiya müsəlmanlarının vəziyyətinə həsr olunacaq.
Apa.az