Elmar Məmmədyarov: Demokratiyanın inkişafı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin əsas prinsipidir

Posted by

Elmar Məmmədyarov: Demokratiyanın inkişafı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin əsas prinsipidir Elmar Məmmədyarov: Demokratiyanın inkişafı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin əsas prinsipidir

Elmar Məmmədyarov: Demokratiyanın inkişafı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin əsas prinsipidir

Azərbaycan demokratiyanın inkişafını Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin əsas prinsipi seçdi. Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü ölkənin bu strukturdakı sədrliyi çərçivəsində keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Nazir bildirib: “Dinlərarası və mədəniyyətlərarası dialoq Azərbaycanın xarici siyasətinin prioritetidir”.

 

E.Məmmədyarov qeyd edib ki, bu gün ölkə sürətlə artan iqtisadiyyata malikdir. Böyük neft ehtiyatları Azərbaycana Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verir.

 

Onun sözlərinə görə, Azərbaycan, həmçinin Аfrika ölkələrinə kömək göstərən donor ölkə olub: “Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dağlıq Qarabağ və yeddi rayon hələ də işğal altındadır. Əgər bu münaqişə olmasaydı, Azərbaycan regionun ümumi inkişafına daha çox töhfə verərdi”.

 

Trend.az