Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan üçün model ola bilər

Posted by

Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan üçün model ola bilərElmar Məmmədyarov: Azərbaycan Əfqanıstan üçün model ola bilər

Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan üçün model ola bilər

Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində olan toplantısında çıxışı zamanı bildirib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

 

Nazir bildirib ki, dəmiryol əlaqəsi Əfqanıstan üçün çox vacibdir: “Hazırda ölkədə bir dəmiryol əlaqəsi vardır. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmiryol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir. Qətiyyətli dəstək missiyasının başlanması Əfqanıstanın gələcəyi üçün vacibdir. Qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacaqdır. Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir”.

 

E.Məmmədyarov çıxışında həmçinin NATO-nun baş katibi Yens Stoltenberqi vəzifəyə təyin olunmağı münasibətilə təbrik edib: “Cənab Rasmussen etibarlı tərəfdaşlar, o cümlədən mənim ölkəm ilə fəal iş aparırdı və sizinlə də əməkdaşlığımızın məhsuldar olacağına əminəm. Mən eləcə də sizin NATO-nun Əfqanıstanda növbəti ali mülki nümayəndəsi kimi Səfir Aramaz barəsində seçiminizi təqdir edirəm. Bu düzgün seçimdir”.

 

Onun sözlərinə görə, Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi vardır: “Bu yalnız təhlükəsizlik deyildir. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşmişdir, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq. Ona görə də Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər”.

 

Trend.az