Elin Süleymanov: Azərbaycan İslam və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşir

Posted by

Elin Süleymanov: Azərbaycan İslam və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşirElin Süleymanov: Azərbaycan İslam və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşir

Elin Süleymanov: Azərbaycan İslam və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşir

Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan hədsiz imkanlara malikdir. Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Delaver Universitetinin Qlobal Araşdırmalar İnstitutunda “Avrasiya regionunda və Azərbaycanda dinamikanın dəyişikliyi” mövzusunda mühazirəsi zamanı deyib. Trend xəbər verir ki, bu barədə universitetin saytında yerləşdirilmiş məlumatda deyilir.

 

Məlumatda mühazirənin Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, tarixi və mədəniyyətinə həsr edildiyi bildirilir.

 

Mühazirə zamanı diplomat qeyd edib ki, ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycanın inkişafına beynəlxalq ixrac boru kəmərlərinin tikintisi, texnologiyalara yatırılan investisiyalar və ticarətin genişləndirilməsi təsir göstərir.

 

O xatırladıb ki, əvvəllər Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olub, lakin bütün bu müddət ərzində ölkə xalqlarında “[müstəqilliyə] cəhd qalıb və 1991-ci ildə biz yenidən müstəqil dövlət olduq”.

 

Mühazirənin gedişində Süleymanov qeyd edib ki, Azərbaycanın yeraltı sərvətləri olan neft və qazdan ölkə əhalisinin xeyrinə istifadə olunur.

 

Səfir onu da bildirib ki, Rusiya, İran və Gürcüstan Azərbaycanın qonşularıdır. Azərbaycan İslam və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşir, ölkədə müxtəlif dinlərin nümayəndələri yaşayır.

 

Mühazirə zamanı diplomat, həmçinin dinləyicilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanda infrastrukturun inkişafına dair suallarını cavablandırıb.

 

Məlumatda qeyd olunur ki, Süleymanovun Delaverə səfəri Azərbaycanla ştat universiteti arasında əməkdaşlığın başlandığı vaxta təsadüf edir.

 

Universitetin Qlobal Araşdırmalar İnstitutu direktorunun qrant və müqavilələr üzrə müavini Den Bottomli bildirib ki, Delaver Universiteti Azərbaycanla əməkdaşlığın gələcəyinə inanır və gələcəkdə ölkənin diplomatları ilə görüşlərin keçiriləcəyini gözləyir.

 

Elin Süleymanov 2011-ci ildən Azərbaycanın ABŞ-da səfiridir.

 

Trend.az