Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəsi, general-polkovnik Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilib.
Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, dövlət sərhəd xətti boyu inşa edilən sərhəd mühafizə infrastrukturu barədə məlumat verilib.
Tərəflər arasında sərhəd mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Apa.az