“Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” sahəsində aparılan monitorinqin nəticələri açıqlanıb

Posted by

“Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” sahəsində aparılan monitorinqin nəticələri açıqlanıb“Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” sahəsində aparılan monitorinqin nəticələri açıqlanıb

“Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” sahəsində aparılan monitorinqin nəticələri açıqlanıb

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi “Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” hesabatını təqdim edib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, son illər Azərbaycanda elektron xidmət sürətlə inkişaf edib. O, hesabatın elektron xidmətlərlə bağlı vəziyyəti obyektiv əks etdirdiyini söyləyib.

 

Təşkilatın layihə koordinatoru Məhəmməd Muradov monitorinqin nəticələrini açıqlayıb. O qeyd edib ki, hesabat hazırlanarkən 15 dövlət qurumunun saytında, vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmətin monitorinqi aparılıb: “Azərbaycanda elektron hökumət sahəsində inkişaf var və elektron və mobil hökumət quruculuğu paralel olaraq inkişaf edir. Elektron xidmətlərdən istifadə edənlərin sayı artmaqdadır. Son müddətə baxsaq, 1.5 milyon insan elektron xidmətlərdən istifadə edib. Eyni zamanda elektron qaydada ödənişlərdə də inkişaf var. Monitorinq nəticəsində məlum olub ki, 30 elektron xidmətdən 14-ü onlayn şəkildə istifadəçiyə çatır, 6-sı elektron müraciət mərhələsinə kimi elektronlaşdırılıb, 10-u isə informasiya mərhələsindədir, bunlardan 3-ü ümumiyyətlə, elektron mühitdə təmsil olunmur. İnformasiya mərhələsində olan xidmətlərin əksəriyyəti sosial istiqamətli elektron xidmətlərdir”.

 

M. Muradovun sözlərinə görə, sosial istiqamətlərdə elektron xidmətlər bir qədər zəifləyib, biznes istiqamətində isə bunun əksi müşahidə olunur.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Elektron Hökumət Portalı”nın şöbə müdiri İlqar Abdullayev isə çıxışında deyib ki, portal vətəndaşlara elektron xidmətlərdən istifadə üçün geniş imkanlar yaradır. O bildirib ki, elektron hökumət portalı vasitəsilə bir çox arayışların elektron şəkildə verilməsi üçün hazırlıq işləri görülür: “Yaşayış yerindən arayışın verilməsi, diplomlar barədə arayışın verilməsi, rabitə xidmət borcları, kommunal xidmətlər borcları haqqında arayışlar və digər xidmətlər elektron formada həyata keçiriləcək”.

 

 

Apa.az