Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Posted by

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edibDövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Göygöl şəhərində vətəndaşları qəbul edib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Q. Məmmədov Göygöl şəhəri ilə yanaşı Gəncə, Samux, Naftalan, Daşkəsən, Tərtər və Kəlbəcər rayonlarının vətəndaşlarını da qəbul edib, onların şikayət və təkliflərini dinləyib.

 

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, kənd, qəsəbə keçmiş XDS İK-nin və ya sonradan ərazi nümayəndəliyinin qərarları ilə həyətyanı, fərdi yaşayış evi və s. məqsədlərlə ayrılmış torpaq sahələrinə dair plan və ölçü sənədləri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər ediblər.

 

DTXK-nin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 40-a qədər vətəndaşın müraciətinə baxılıb. DTXK-ya aid olan bəzi müraciətlər əsasında mütəxəssislər vasitəsilə yerlərdə yerquruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.

 

Komitəyə aid olmayan müraciətlər isə qurumun kargüzarlığında qeydiyyata alınıb. Bu müraciətlər komitənin müvafiq məktubları ilə aidiyyatı qurumlara göndəriləcək.

 

Apa/az