Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün prioritet ixtisas istiqamətləri müəyyən edilib

Posted by

2014-2015-cü tədris ilində Azərbaycan gənclərinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alması məqsədilə prioritet ixtisas istiqamətləri müəyyən edilib. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həmin istiqamətlər baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarə olunması, biznesin idarə olunması, insan resurslarının idarə olunması, tibb, turizm və s-dir.

Qeyd edək ki, indiyədək “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. 2013-2014-cü tədris ili üçün isə belə tələbələrin sayı 766 nəfər olub. İndiyədək proqramın məzunu olmuş 550-dən artıq gənc Təhsil Nazirliyində qeydiyyatdan keçib və onların böyük əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışır.

Trend.az