Dövlət Neft Fondu: Azərbaycan ilin sonuna kimi strateji qızıl ehtiyatları yaradacaq

Posted by

Azərbaycanın strateji qızıl ehtiyatları ilin sonuna kimi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib: “Məlum olduğu kimi, biz aktivlərin beş faizə qədərini qızılda investisiyalaşdıra bilərik. Bundan əvvəl iki il ərzində 30 ton qızılın alınması haqqında qərar qəbul edilib. Bu həcmdən 20 ton artıq ölkəyə gətirilib və bu il ərzində yerdə qalan hissə çatdırılacaq”.

Onun sözlərinə görə, bu satınalmalar sonralar alqı-satqıdan mənfəət götürmək üçün deyil, ölkənin strateji qızıl ehtiyatının yaradılması üzrə qarşıya qoyulmuş tapşırığa uyğun olaraq həyata keçirilir: “Ona görə də alınan qızılın dəyəri xüsusi əhəmiyyət kəsb etmir. Ötən müddət ərzində hər həftə 1400-1500 dollar civarında orta hesabla 300 kiloqram metal alınır. Qeyd edim ki, son satınalmalar ARDNF-yə ucuz, təxminən 1200 dollara başa gəlib ki, bu da bu metalın dünya qiymətlərinin aşağı düşməsi ilə bağlıdır”.

Trend.az