Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilib

Posted by

Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilibDövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilib

Noyabrın 22-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüşüb.

 

DMX-dən APA-ya verilən məlumata görə, görüşdə Firudin Nəbiyev Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artdığına diqqət çəkib. Xidmət rəisi bu arzuya qovuşanlarla görüşün əhəmiyyətini qeyd edib, bu il artıq ikinci dəfə belə yaddaqalan bir tədbirin keçirildiyini vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxsləri təbrik edib.

 

Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əcnəbi və vətəndaşlığı olmayan 150 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, səkkiz nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub. Onların arasında əsasən vətəndaşlığı olmayan şəxslər üstünlük təşkil edir.

 

Xidmət rəisi vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərin hər birinin Azərbaycan dövlətinə layiqli vətəndaş olacaqlarına inamını ifadə edib. Görüş iştirakçıları Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildirib, bu böyük etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına daha 111 nəfər qəbul edilib, 2 nəfər isə bərpa olunub.

 

Apa.az

Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilib