Dövlət Gömrük Komitəsi: Azərbaycanda tütün qaçaqmalçılığı azalıb

Posted by

Dövlət Gömrük Komitəsi: Azərbaycanda tütün qaçaqmalçılığı azalıb

Dövlət Gömrük Komitəsi: Azərbaycanda tütün qaçaqmalçılığı azalıb

Dövlət Gömrük Komitəsi: Azərbaycanda tütün qaçaqmalçılığı azalıb

Azərbaycana tütün məhsullarının qaçaqmalçılıq yolu ilə gətirilməsində azalma tendensiyası müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük hüquqpozmaları ilə mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı iri tütün istehsalçısı olan “Japan Tobacco International”-ın (JTI) DGK-nın əməkdaşları üçün Bakıda təşkil etdiyi tematik seminarda çıxışı zamanı bildirib.

G.Muradlı deyib: “2013-cü ildə ölkədə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə 105 cəhd qeydə alınıb ki, bu da 2012-ci ilin göstəricisindən bir qədər aşağıdır. Altı hal üzrə cinayət işi, digərləri üzrə inzibati iş açılıb. Müsadirə olunmuş mal ekspertizaya göndərilib və məhv edilib”.

Onun sözlərinə görə, gömrük orqanları və tütün məmulatları istehsalçılarının qaçaqmalçılıqla mübarizədə ümumi maraqları var: “Siqaret narkotik və silahdan sonra üçüncü populyar qaçaqmal məhsuludur. Misal üçün, Avropa ölkələrində təxminən səkkiz ABŞ dollarına satılan və MDB ölkələrində 60-70 sentə alınan siqaret cinayətkarlara astronomik qazanc gətirir. Tütün məmulatlarının qaçaqmalçılığı ölkə iqtisadiyyatına, vətəndaşların sağlamlığına, eləcə də yerli istehsalçıların fəaliyyətinə ciddi ziyan vurur. Onu da qeyd etmək lazımdır ki, qaçaqmalçılıqdan gələn mənfəətin bir hissəsi digər cinayətkar fəaliyyət növlərinə yönəldilir”.

G.Muradlı bildirib ki, Dövlət Gömrük Komitəsi bundan sonra da ölkəyə keyfiyyətsiz və qadağan olunmuş məhsulların gətirilməsinə qarşı mübarizə aparacaq.

 

Trend.az