DSMF Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib

Posted by

DSMF Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib

DSMF Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib

[thumb=left]http://www.azhumanrights.az/az/uploads/posts/2014-05/1400072431_dsmf_310314-1.jpg[/thumb

Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib.

 

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verdiyi məlumata görə, tədbirdə Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

 

Təqdimat mərasimində çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir.

 

DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə-Fondun rəsmi sspf.gov.az saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytına birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsilə həyata keçirilir. 2014-cü ilin I rübü ərzində Fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olub və onlar müvafiq qaydada cavablandırılıb. Eyni dövrdə Fondun elektron ünvanına isə 591 müraciət, «190» nömrəli telefon məlumat xidmətinə 77 482 zəng daxil olub.

 

Təqdimatla çıxış edən DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev müraciətlərə elektron qaydada baxılması ilə yanaşı, Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib.

 

Apa.az