Dərmanların içlik vərəqələrinin dili ilə bağlı xüsusi iclas keçiriləcək

Posted by

Dərmanların içlik vərəqələrinin dili ilə bağlı xüsusi iclas keçiriləcəkDərmanların içlik vərəqələrinin dili ilə bağlı xüsusi iclas keçiriləcək

Dərmanların içlik vərəqələrinin dili ilə bağlı xüsusi iclas keçiriləcək

Azərbaycana idxal olunan dərman preparatlarının içlik vərəqlərinin dili və üslubunda aşkar olunan çatışmazlıqlarla əlaqədar xüsusi iclas keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında deyib ki, Azərbaycana idxal olunan dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqinin ilkin mərhələsi artıq yekunlaşıb. Onun sözlərinə görə, Dilçilik İnstiitutunda Səhiyyə Nazirliyinin nümayəndələri ilə monitorinqin nəticələrinin müzakirəsi aparılıb: “Qərara almışıq ki, birgə əməkdaşlığımızı bundan sonra da davam etdirək. Monitorinqlər nəticəsində məlum olub ki, dərman preparatlarının dili həddindən artıq ağır, anlaşılmaz olur, istifadə qaydaları ilə bağlı hissələrdə üslub nöqsanları çoxdur”.

Q.Məhərrəmli qeyd edib ki, Azərbaycana idxal olunan dərman və dərman preparatlarının izahedici vərəqlərində aşkar olunan səhvlərlə bağlı Səhiyyə Nazirliyinin Farmokoloji və Farmokopeya Şurasında xüsusi iclası keçiriləcək. Orada Dilçilik İnstitutunun keçirdiyi monitorinqin nəticələri daha geniş şəkildə müzakirə olunacaq.

Qeyd edək ki, AMEA Dilçilik İnstitiundan mətbuata verilən məlumatlarda Azərbaycana idxal edilən dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqi nəticəsində həmin sənədlərin dilində bir çox çatışmazlıqlar, o cümlədən ədəbi normadan yayınmaların üzə çıxdığı bildirilib. Qeyd olunub ki, dərmanların istifadəçi üçün nəzərdə tutulan izahedici vərəqlərin vahid strukturu yoxdur və sistemsizlik var.

 

 

Apa.az