DQİDK-nın sədr müavini: Azərbaycan öz tolerantlıq nümunəsini bütün dünyada təbliğ edəcək

Posted by

DQİDK-nın sədr müavini: Azərbaycan öz tolerantlıq nümunəsini bütün dünyada təbliğ edəcəkDQİDK-nın sədr müavini: Azərbaycan öz tolerantlıq nümunəsini bütün dünyada təbliğ edəcək

DQİDK-nın sədr müavini: Azərbaycan öz tolerantlıq nümunəsini bütün dünyada təbliğ edəcək

“Azərbaycanın tolerantlıq ənələrini, zəngin mənəvi irsini gələcək nəsillərə çatdırmaq dövlətimizin məqsədlərindən biridir. Biz Azərbaycanda minilliklər boyu formalaşmış tolerantlıq nümunəsini bütün dünyada təbliğ etmək istəyirik və bu istiqamətdə işlər görüləcək”. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov DQİDK-nın dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində ölkə üzrə “Fərqlilikləri birləşdirən dəyər – Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda keçirilən silsilə seminar-treninqlərin ilkin mərhələsinin yekun tədbirində bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanın tolerantlıq modeli Avropada və dünyanın digər bölgələrində nümunəvi model kimi qəbul edilir.

DQİDK-nın sədr müavini qeyd edib ki, tolerantlıq Azərbaycan insanı üçün mənəvi borcdur: “Əgər Avropada, Amerikada, Qərb dünyasında tolerantlıq vətəndaşlar üçün hüquqi vəzifədirsə, bundan fərqli olaraq Azərbaycan cəmiyyətində, Azərbaycan insanı üçün bu, təkcə hüquqi vəzifə deyil, həm də mənəvi borcdur”.

G.İsmayılovun fikrincə, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir: “Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi, milli mədəni və dini münasibətlər mövcud olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında mühüm körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib”.

 

Trend.az