Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanda turizmin inkişafı ilə bağlı təkliflərini açıqlayıb

Posted by

Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanda turizmin inkişafı ilə bağlı təkliflərini açıqlayıb

Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanda turizmin inkişafı ilə bağlı təkliflərini açıqlayıb

Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanda turizmin inkişafı ilə bağlı təkliflərini açıqlayıb

Bakıda “Səmərəli turizm klasetlərinin inkişafı” üzrə seminarda çıxış edən Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycanda turizmin inkişafı ilə bağlı təkliflərini açıqlayıb.

 

APA-nın məlumatına görə, T. Rifai Azərbaycan prezidenti İlham Əliyevlə 2012-ci ildə və bu gün keçirdiyi görüşlər haqda danışıb: “Mən ilk görüşümüzdə prezident İlham Əliyevə turizmin inkişafı ilə bağlı iki təklifimi açıqladım. Dedim ki, siz istənilən təşviqat işi aparacaqsınız, ancaq viza və hava nəqliyyatı olmadan turizmin inkişafı mümkün deyil. Turizmin inkişafı üçün viza və hava nəqliyyatı çox vacibdir. Görüşümüzdən bir həftə sonra artıq Nazirlər Kabinetinin toplantısında viza ərizələrinin elektron daşıyıcılar vasitəsilə həyata keçirilməsi barədə qərar verilib. Bugünkü görüşümüzdə isə prezident daha çox hava şirkətlərinin Azərbaycana gəlməsi istiqamətində çalışacaqlarını bildirdi”.

 

T. Rifai turizmin inkişafı üçün üç prinsipə diqqət yetirməyi zəruri sayıb: “Birincisi, səyahətlər və turizm artıq elitar fəaliyyətdən istənilən şəxsin fəaliyyətinə çevrilib. Bu, artıq icmaların məşğul olduğu fəaliyyətdir. Yerli icmaları cəlb etməsək, böyük irəliləyiş olmayacaq. İkincisi, turizm bu gün sadəcə, xidmətlərlə bağlı deyil. Turizm sadəcə, disneylend deyil. Turizm bu gün qəhvəxananı, qadınlar üçün ayaqqabı dükanını, hava nəqliyyatını bir-biri ilə əlaqələndirməlidir. Üçüncüsü, biz əhali artımından qorxmamalıyıq. Nə qədər çox insan olsa, bir o qədər çox gəlir, turizmdə yeni imkanların yaranması deməkdir. Böyük kütlələrin idarə edilməsi üçün mexanizmlər ortaya qoymalıyıq”.

 

Baş katib mehmanxanalar və nəqliyyat sahəsinin hələ də turizm çətiri altında toplanmadığını vurğulayıb: “Hələ də kritik əhali sayının yaranmasında problem var. Yetərincə insan lazımdır ki, müxtəlif fəaliyyətlə məşğul olsunlar və bir-birlərinə fayda versinlər. Bu istiqamətdə çalışmaq lazımdır ki, klasterlərin inkişafı mümkün olsun. Məsələn, Madriddə müxtəlif şirkətlər eyni məqsədə xidmət edir. Artıq ölkələrə böyük sayda turistlər gəlir və onlara təqdim olunan xidmətlər artmalıdır. Təşkilatımız Madridə bu layihənin həyata keçirilməsində iştirak edib”.

 

T. Rifai qeyd edib ki, hökumət, yerli icra orqanları, bələdiyyələr dəstək verməzsə, klasterlərin inkişafı mümkün deyil: “Dünyada turistlərin 50-55 faizi Avropadan gəlir. Avropa bu sahədə liderliyi öz üzərinə götürüb. Turizm sahəsində klasterlərin inkişafına da Avropa daha çox töhfə verə bilər”.

 

 

Apa.az