Dmitri Savelyev: Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli həm də onun özünün xilası deməkdir

Posted by

Dmitri Savelyev: Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli həm də onun özünün xilası deməkdirDmitri Savelyev: Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli həm də onun özünün xilası deməkdir

Dmitri Savelyev: Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli həm də onun özünün xilası deməkdir

Rusiya İctimai Palatasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən “dəyirmi masa”da ölkələrimiz arasında əlaqələr, Azərbaycanın əldə etdiyi nailiyyətlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Rusiya parlamentinin hər iki palatasının üzvləri, politoloqlar və ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə edilən nailiyyətlərdən danışıblar. Onlar Azərbaycan Prezidentinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək reytinqinin tam əsaslı olduğunu bildiriblər.

İctimai Palatanın üzvü Sergey Markov Rusiyaya dost və qardaş ölkə olan Azərbaycanın nadir inkişaf modelinin rəsmi Moskva üçün də xüsusi maraq kəsb etdiyini söyləyib. O bildirib ki, Azərbaycanda ruslara, rus dilinə və mədəniyyətinə olan yüksək səviyyəli münasibət, son zamanlar ictimai və siyasi sahələrdə intensivləşən əlaqələr və bir sıra digər amillər Azərbaycanı Rusiya üçün tək strateji tərəfdaşa deyil, etibarlı müttəfiqə çevirir.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Dağlıq Qarabağ münaqişəsindən söz açaraq deyib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Rəsmi Yerevan anlamalıdır ki, münaqişənin ədalətli həlli həm də Ermənistanın xilası deməkdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, haqq-ədalət öz yerini tapmalıdır. Səfir deyib: “Mən özüm Qarabağlıyam, Şuşalıyam. Orada mənim atamın məzarı var. 14 yaşlı oğlumu bir dəfə də olsun babasının məzarına apara bilməmişəm. Sizcə, bu normaldırmı? Bu, yüz minlərlə insanların böyük faciəsidir. Buna son qoyulmalı, azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Biz nə vaxta kimi Ermənistanın bu tələblərə məhəl qoymamasını sakit şəkildə müşahidə edəcəyik? Müharibə, əlbəttə ki, böyük faciədir. Lakin müharibə məcburiyyət olanda qaçılmaz olur. Ona görə də həmsədr ölkələr, xüsusən də Rusiya regionda yeni müharibə istəmirlərsə, Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər ki, Azərbaycan bu məcburiyyət qarşısında qalmasın. Azərbaycan müharibə tərəfdarı olmadığını uzun illərdir sülh danışıqları aparmaqla sübut edib. Biz qan tökülməsini istəmirik, biz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində ədalətli həllini istəyirik. Bu, bizim ən böyük güzəştimizdir. Heç bir prezident və heç bir xalq özünün bir qarış torpağını belə güzəştə getməz. Bu, mümkünsüzdür. Bunu Azərbaycandan da gözləməyin. Biz Rusiyanın vasitəçilik rolunu və potensialını yüksək dəyərləndiririk, bu səbəbdən də sülhün bərqərar olması naminə Rusiyadan da vasitəçi kimi konkret addımlar atmasını gözləyirik”.

 

AzərTac.az