Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Posted by

Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

 

Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 14-də Qubada vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbula gəlmək istəyənlər Xaçmaz regional ədliyyə şöbəsi (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88, (070) 302-36-66), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Quba rayonundakı Heydər Əliyev Mərkəzində qeydiyyatdan keçə bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazirin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bunun üçün Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 

AzərTac.az