Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib

Posted by

. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Xaçmazda vətəndaşları qəbul edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabrandan 20-dək vətəndaşın şikayəti dinlənilib.

Görüşdə qaldırılan əsas məsələlər dini icmaların qeydiyyatı, dini kitabların, eyni zamanda Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı kitabların çatışmazlığı olub.

Komitə sədri jurnalistlərə açıqlamasında deyib ki, vətəndaşlar tərəfindən bəzi tarixi abidələrin və məscidlərin təmiri ilə əlaqədar müraciətlər də edilib. Bəzi vətəndaşlar radikal dini qruplaşmaların fəaliyyətindən narahatlıqlarını bildiriblər.

E. İskəndərvun sözlərinə görə, bəzi məsələlər yerindəcə həll olunub, digər problemlərin operativ həlli istiqamətində göstərişlər verilib.

Apa.az