Deputat Novruz Aslanov İsmayıllıda YAP-ın tədbirində iştirak edib

Posted by

Deputat Novruz Aslanov İsmayıllıda YAP-ın tədbirində iştirak edibDeputat Novruz Aslanov İsmayıllıda YAP-ın tədbirində iştirak edib

Deputat Novruz Aslanov İsmayıllıda YAP-ın tədbirində iştirak edib

Milli Məclisin (MM) deputatı Novruz Aslanov Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22 illiyi münasibətilə İsmayıllı rayonunda təşkil edilmiş tədbirdə iştirak edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, tədbir İsmayıllı rayon mədəniyyət sarayında keçirilib. YAP rayon təşkilatının sədri Əzizə Vahabova partiyanın keçdiyi 22 illik yüksəliş yolu barədə çıxış edib. Tədbirdə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP siyasi şurasının və idarə heyətinin üzvü Eldar İbrahimov, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Siyasəti Komitəsinin sədri Şəmsəddin Hacıyev, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, qonaqlar və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər. Deputat Novruz Aslanov öz çıxışında Azərbaycanda müstəqilliyin qorunub saxlanılmasında, demokratik cəmiyyətin formalaşmasında, bütün sahələrdə gedən davamlı inkişafda YAP-ın xüsusi yeri olduğunu vurğulayıb və öz təbriklərini çatdırıb.

 

Tədbirin sonunda bir qrup partiya veteranına fəxri fərmanlar təqdim olunub və tədbir geniş konsert proqramı ilə davam edib.

APA.az