Daxili Qoşunların və FHN-in Qubadakı hərbi hissələrinə baxış keçirilib

Posted by

Daxili Qoşunların və FHN-in Qubadakı hərbi hissələrinə baxış keçirilib

Daxili Qoşunların və FHN-in Qubadakı hərbi hissələrinə baxış keçirilib

Daxili Qoşunların və FHN-in Qubadakı hərbi hissələrinə baxış keçirilib

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın baş məsləhətçisi Vüqar Heydərov Daxili Qoşunların Baş idarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsinin zabiti Müşfiq Xankişiyev və Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin baş zabiti Rəhman Nuriyevlə birgə Daxili Qoşunların və FHN-in Mülki Müdafiə Qoşunlarının Quba rayonundakı “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, coxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.

 

Trend.az