Dağlıq Qarabağ üzərində razılaşdırılmamış uçuşlar hava sərhədi pozuntusudur

Posted by

Dağlıq Qarabağ üzərində razılaşdırılmamış uçuşlar hava sərhədi pozuntusudur

Dağlıq Qarabağ üzərində razılaşdırılmamış uçuşlar hava sərhədi pozuntusudur

 

Dağlıq Qarabağ üzərində razılaşdırılmamış uçuşlar hava sərhədi pozuntusudur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bir sıra beynəlxalq təşkilatların rəhbərlərinə və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin Azərbaycanın hava məkanını pozaraq cəbhədəki ön mövqelərimizə hücum etməsi ilə bağlı məktub ünvanlayıb.

 

Məktubda bildirilir ki, Azərbaycanın suveren ərazilərində 40 minlik ordu ilə təlim keçirən Ermənistan son bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirib. Bu hərəkətlərin nəticəsi olaraq Azərbaycan ordusunun hava hücumundan müdafiə qüvvələri cavab atəşi açaraq özünümüdafiə hüququndan istifadə edib.

 

Azərbaycan beynəlxalq qanunlara və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən razılaşdırılmamış bütün aviasiya uçuşlarını hava sərhədlərinin pozulması kimi qiymətləndirir.

 

Məktubda regionda sülhün və sabitliyin qorunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının və BMT-nin dörd qətnaməsinin tələblərinin icrasının vacibliyi vurğulanır.

 

AzərTac.az