Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı keçirilib

Posted by

Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı keçirilibDağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı keçirilib

Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı keçirilib

ADA Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı” mövzusunda tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanın 20 ildən artıqdır ki, işğaldan əziyyət çəkdiyini və hələ də ayrı-ayrı ölkələrin bu münaqişə ilə bağlı doğru bilgiyə malik olmadığını vurğulayıb.

 

Daha sonra Almaniyanın Humbolt Universitetinin professoru Eva-Maria Aux çıxış edərək “Almaniya ictimaiyyətinin və mətbuatının Qarabağ münaqişəsinə münasibətdə obyektivlik dərəcəsi” adlı tədqiqatını təqdim edib. Almaniyalı qonaq Azərbaycan torpaqlarının uzun zamandır işğal altında olduğunu, Azərbaycan xalqının bu münaqişədən əziyyət çəkdiyini deyib. Eva-Maria Aux Almaniyada bu münaqişə ilə bağlı məlumat qıtlığı olduğunu və ya informasiyaların yanlış təqdim edildiyini diqqətə çatdırıb.

 

Professor tədqiqat zamanı gündəlik və həftəlik qəzet və jurnallardan bu konfliktlə bağlı dərc olunan məqalələrin toplandığını və xüsusi tədqiqat qrupunun köməyi ilə analiz edildiyini söyləyib. O, tədqiqatın 1988-2008-ci illəri əhatə etdiyini əlavə edib. E. M. Aux Almaniyada dərc olunan “Spiegel”, “Die Zeit”, “Neus Deutschland”, “FAZ” mətbuat orqanlarından məqalələr toplandığını açıqlayıb. Xanım professor ümumilikdə bu münaqişənin Almaniya mətbuatında geniş işıqlandırılmadığını, bəzən doğru informasiya verilmədiyini, xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əks olunmadığını vurğulayıb.

 

İngiltərənin Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin doktoru Kəmalə İmranlı-Löv “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizmasından” mövzusunda tədqiqatını təqdim edib. O, münaqişənin səbəbləri, fəsadları, Qarabağın tarixi ilə bağlı Britaniya mediasında yayımlanan materialları tədqiq etdiyini bildirib. Kəmalə İmanlı Britaniya mediasında Dağlıq Qarabağ regionunun “anklav, mübahisəli anklav, mübahisəli region, şiə müsəlman-xristian konflikti” kimi təqdim olunduğunu deyib. O, 1988-1994-cü illərdə Britaniya mediasında ermənilərin xeyrinə daha çox materialların yayımlandığını vurğulayıb. Bu illər ərzində Britaniya mediasında Dağlıq Qarabağ münaqişəsi haqda 4000-ə qədər məqalə və reportajların hazırlandığını diqqətə çatdırıb. Qeyd edək ki, Kəmalə İmanlının tədqiqatı “The Guardian”, “The İndependent”, “The Times”, “BBC news”, “BBC newsight”, “Financial Times” media orqanlarını əhatə edib.

 

 

Apa.az