Dağlıq Qarabağ münaqişəsi 2014-cü ildə: nəticəsiz yekunlar

Posted by

Dağlıq Qarabağ münaqişəsi 2014-cü ildə: nəticəsiz yekunlarDağlıq Qarabağ münaqişəsi 2014-cü ildə: nəticəsiz yekunlar

Dağlıq Qarabağ münaqişəsi 2014-cü ildə: nəticəsiz yekunlar

İlin sonunda il ərzində baş vermiş siyasi proseslərə yekun vurmaq xoşdur. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəticələrə yekun vurmaq ildən-ilə mənasız hal alır. İsveçrənin Bazel şəhərində keçirilmiş ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin növbəti bəyanatından başqa heç nə ərsəyə gətirmədi.

 

Minsk qrupunun nümayəndə heyətlərinin rəhbərləri tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar, Avropa diplomatiyasının əsas siyasətçiləri isə münaqişənin həllinin vacibliyi haqqında ümumi sözlər işlətdilər.

 

Düzdür, münaqişə tərəflərinin xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə görüşdülər, mövcud vəziyyəti müzakirə etdilər və … Və yenidən heç bir qərara gəlmədilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİNŞ çərçivəsində hətta erməni həmkarı ilə görüşmədi ki, bu da ümumilikdə həmsədrlərin ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara müsbət çalar vermək cəhdlərinin tam mənasızlığını göstərir.

 

Münaqişə tərəflərinə və bütün müşahidəçilərə aydındır ki, ATƏT-in vasitəçilik formatı bəyanat və çağırışlardan başqa, heç nəyə yaramır. Azərbaycan və Ermənistanda prezident seçkiləri keçirildikdən sonra, eləcə də Rusiya və Fransa prezidentlərinin, həmçinin ABŞ dövlət katibinin təşəbbüsü ilə iki ölkə prezidentinin 3 görüş keçirdiyi ildə münasib vaxtın yetişdiyi güman edilirdi və heç olmasa, cüzi irəliləyişin olacağını gözləmək olardı. Təəssüf! Yerevan tərəfindən növbəti təxribatlardan başqa, yeni heç nə baş vermədi. Ermənistan hakimiyyətini isə insan həyatı maraqlandırmır.

 

Əgər beynəlxalq vasitəçilər sonsuz çağırışlarla məhdudlaşmaqla hərbi komandanlığa və təcavüzkar ölkənin hakimiyyətinə beynəlxalq hüquqa zidd fəaliyyətlə məşğul olmağa imkan verirsə, onları kim qınayacaq? Niyə də ATƏT-in Minsk qrupu tərəfindən yüngül məzəmmətlərə göz yumaraq işğal edilmiş ərazilərdə hərbi təlimlər keçirməyəsən? Üstəlik, bunun heç bir təhlükəsi yoxdur.

 

Bununla da başa çatmaqda olan ildə Dağlıq Qarabağ prosesinə yekun vurmağa sadəcə istək yoxdur. Və vasitəçilərin səylərini davam etdirmək barədə bütün nikbin vədləri getdikcə daha az inandırıcı görünür. Görünür, 20 ildən çoxdur nəticə verməyən səylər səhv üsulla və əbəs yerə göstərilir…

 

Trend.az