Coğrafiya İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb

Posted by

Coğrafiya İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb

 

Coğrafiya İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb

Coğrafiya İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb

 

Azərbaycan Milli Elmlər Akademiyası H.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, attestasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən, AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq həyata keçirilib.

Bu məsələ ilk əvvəl institutun Elmi Şurasında müzakirə edilib, işçilərin siyahısı, müvafiq sənədlər, eləcə də attestasiyanın keçirilmə qrafiki tərtib olunub, iki tərkibdə Attestasiya komissiyası təsdiq edilib və əməkdaşlar bütün bunlarla hərtərəfli məlumatlandırılıblar.

Elmi işçilərin hər birinin son 5 ildə (2009-2013) fəaliyyəti nəzərdən keçirilib, onların müvafiq şöbələrdə yerinə yetirilən elmi işlərdə iştirakı, informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığı, fərdi qabiliyyətləri və üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri müəyyənləşib. Hər bir elmi işçinin gələcək fəaliyyətinə dair əsaslandırılmış qeydlər və tövsiyələr verilib.

 

Trend.az