Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb

Posted by

Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb

Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıbCon Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb

ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu barədə C. Kerri və Ə. Davudoğlu görüşdən sonra keçirdikləri mətbuat konfransında bildiriblər.

Ə. Davudoğlu müxtəlif mexanizmlər – ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəsilə və ikitərəfli səviyyədə məsləhətləşmələr aparıldığını deyib: “Ümid edirik ki, bu dondurulmuş münaqişə tezliklə həll olunacaq, Qafqaza və bu bölgəyə sülh gələcək. Mən bu gün Con Kerri ilə bərabər bizim, ABŞ və Türkiyənin bu məsələyə eyni perspektivdən baxdığımızı görməkdən şadam. Biz prezidentlər Əliyev və Sarkisyanın görüşünün uğurlu olacağına ümid bəsləyirik”.

C. Kerri isə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri ilə əlaqə saxladığını və danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini söyləyib: “Mən son 72 saat ərzində prezident Əliyev və prezident Sarkisyanla danışmışam. Yaxın saatlarda onlar görüşəcəklər. Biz prosesin irəliləməsini istəyirik və bu məsələdə iştiraka davam edəcəyik”.