“Cənub axını”nı əvəzləyəcək kəmər “Türk axını” adlandırıla bilər

Posted by

“Cənub axını”nı əvəzləyəcək kəmər “Türk axını” adlandırıla bilər“Cənub axını”nı əvəzləyəcək kəmər “Türk axını” adlandırıla bilər

“Cənub axını”nı əvəzləyəcək kəmər “Türk axını” adlandırıla bilər

Türkiyə ərazisindən keçəcək, tikintisi təxirə salınmış “Cənub axını” qaz kəmərinin əvəzinə tikiləcək yeni qaz kəməri “Türk axını” adlandırıla bilər.

 

“APA-Economics”in “Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Ərdoğan bildirib ki, kəmərə “Türk axını” adının verilməsinin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir.

 

“Bu kəmər Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə Yunanıstanın sərhədinə kimi gələcək. Türkiyə və Avropa onlara lazım olan qədər təbii qaz ala biləcəklər. Bununla da, Türkiyə bütün regionun enerji mərkəzi olacaq”, – deyə Türkiyə prezidenti bildirib.

 

Qeyd edək ki, V. Putinin dekabrın 1-də Türkiyəyə səfəri zamanı Rusiyanın “Qazprom” şirkəti ilə Türkiyənin “Botaş” şirkəti arasında Qara dənizin dibi ilə Türkiyə istiqamətində illik 63 mlrd. kubmetr ötürücülük gücünə malik olan qaz boru kəmərinin tikintisi ilə bağlı anlaşma memorandumu imzalanıb. Anlaşmaya əsasən, nəql olunacaq qazın 14 mlrd. kubmetri Türkiyə üçün nəzərdə tutulub, qalan 50 mlrd. kubmetri isə Türkiyə və Yunanıstana sərhədinə çatdırılacaq.

 

APA.az