Cəlilabad rayonunda avtomobil yolunun tikintisini davam etdirmək üçün 6,1 milyon manat ayrıldı

Posted by

Cəlilabad rayonunda avtomobil yolunun tikintisini davam etdirmək üçün 6,1 milyon manat ayrıldıCəlilabad rayonunda avtomobil yolunun tikintisini davam etdirmək üçün 6,1 milyon manat ayrıldı

Cəlilabad rayonunda avtomobil yolunun tikintisini davam etdirmək üçün 6,1 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,1 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin emək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Trend.az