CHP sədrinin müavini: “Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, Azərbaycan bizim üçün qardaş ölkədir”

Posted by

CHP sədrinin müavini: “Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, Azərbaycan bizim üçün qardaş ölkədir”

 

CHP sədrinin müavini: “Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, Azərbaycan bizim üçün qardaş ölkədir”

CHP sədrinin müavini: “Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, Azərbaycan bizim üçün qardaş ölkədir”

 

“Türkiyədə hakimiyyətdə hansı partiya olursa-olsun, Azərbaycan Türkiyə üçün qardaş ölkə olaraq qalır. Azərbaycanın problemləri – bizim problemlərimizdir”.

 

Bu fikirləri APA-nın Strasburqa ezam olunmuş müxbirinə açıqlamasında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, partiyanın mətbuat katibi Haluk Koç bildirib.

 

Onun sözlərinə görə, bu ilin may ayında Azərbaycan Avropa Şurası Nazirlər Kabinetində sədrlik edəcək və bu fakt Türkiyə üçün də qürurvericidir.

 

Türkiyədə baş verən korrupsiya qalmaqalının ölkədəki vəziyyətə nə dərəcədə təsir etdiyi barədə sualı cavablandıran H.Koç bildirib ki, orta təbəqəli türk vətəndaşının maddi vəziyyətinə bu ciddi təsir edib: “İndi isə hakimiyyətdə olan elitanın vəziyyətinə baxın. Onların evlərində ölkədə çiçəklənən korrupsiya sayəsində əldə edilmiş külli miqdarda vəsaitlər tapılır. İndi də hakimiyyət çalışır ki, bu qalmaqal tezliklə yaddaşlardan silinsin, amma bu mümkündürmü? Hakimləri dəyişdirmək, prokurorları işdən qovmaq, qanunlara dəyişikliklər etmək olar, lakin xalq baş verənləri unudacaqmı? İndi baş nazir Ərdoğan məhkəmə prosesinə müdaxilə etməməlidir. Biz qanunun söz sahibi olacağı Türkiyədə yaşamaq istəyirik”.

 

Martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildirən CHP funksioneri qeyd edib ki, seçkilər ölkə üçün böyük əhəmiyyət kəsb edir: “Türkiyədəki son olaylar, Suriya ilə bağlı məsələdə uğursuzluqlar, iqtisadi problemlər hakim partiyaya ciddi zərbə vurub. Təbii ki, Türkiyə vətəndaşları bunların hamısını nəzərə alacaqlar. Bu, təkcə bələdiyyə seçkiləri deyil, eyni zamanda hakim elita üçün sınaqdır”.

 

H.Koç əlavə edib ki, onun təmsil etdiyi partiya seçkilərə tam hazırdır: “Bizim partiya öz namizədlərini hazırlayır. Bələdiyyə seçkilərində İstanbul, İzmir, Ankara kimi vacib şəhərlərdə hakim partiya ilə mübarizə aparmağa hazırıq. Bizim qalibiyyətimiz Ərdoğanın siyasi reputasiyasına mənfi təsir göstərəcək. Çox ümid edirəm ki, Türkiyə xalqı seçkilərdə düzgün qərar verəcək və ölkəmizə fayda verəcək”.

 

Trend.az