Ceyms Uorlik: “Bu gün Rusiya tərəfi ilə münaqişənin həlli istiqamətdə görüşlər keçirəcəyik”

Posted by

ATƏT-in Minsk Qrupun həmsədrləri Moskvada Ermənistanın xarici işlər naziri ilə görüşüblər

ATƏT-in Minsk Qrupun həmsədrləri Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Jak For (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr aparılıb.

Görüşdə həmsədrlər martın 10-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirilən görüşün nəticələrini E. Nalbandyana təqdim ediblər.

ATƏT-in Minsk Qrupundan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” sosial şəbəkədəki səhifədə yazıb ki, Moskvada keçirilən görüş Ermənistanın Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu göstərib: “Həmsədrlər bu gün Rusiya tərəfi ilə münaqişənin həlli istiqamətdə görüşləri davam etdirəcəklər”.

Apa.az